Alibaba ilk robot-kuryerini təqdim etdi

19-09-2020, 00:00           
Alibaba ilk robot-kuryerini təqdim etdi
Çinin e-ticarət nəhəngi Alibaba şirkəti sifariş çatdırılması üzrə özünün ilk avtonom robotunu təqdim edib.


TED.az xarici mətbuata istinadən xəbər verir ki, Xiaomanlv adlandırılan robot süni intellektli pilotsuz idarəetmə texnologiyası ilə təchiz olunub.


O, gün ərzində 500-ə yaxın sifarişi müəyyən ünvana, məsələn, ofis binasına və ya məktəbə çatdırmağa qadirdir.


Robot hava şəraiti və GPS siqnalından asılı olmayaraq bir dəfəyə 50 poçt bağlaması apara və təxminən 100 kilometr məsafə qət edə bilir.


Belə robotlar sayəsində yaxın zamanlarda ekspress-çatdırılma sahəsində gün ərzində bir milyard sifariş səviyyəsinə yüksəlmək nəzərdə tutulur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.