Dünyaya ELAN EDİLDİ: koronavirus peyvəndi ilə hər kəsin təmin olunacağı zaman açıqlandı - ŞOK TARİX

19-09-2020, 05:00           
Dünyaya ELAN EDİLDİ:
Birləşmiş Ştatların hər bir sakini 2021-ci ilin aprelində koronavirus peyvəndi ilə təmin ediləcək.

Teref.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında bildirib.

"Biz vaksinin apreldə hər arzu edən şəxs üçün əlçatan olacağını gözləyirik", - Ağ Evdə Tramp deyib. O, qeyd edib ki, peyvənd istifadə üçün rəsmi şəkildə bəyənildikdən sonra 24 saat ərzində istehlakçılara yönəldiləcək.

Tramp həmçinin qarşıdan gələn prezident seçkilərində rəqibi, Demokratlar Partiyasından namizəd Co Baydeni peyvənd əleyhinə ritorika ilə milyonlarla insanın həyatını təhlükə altına qoymaqda qınayıb.("Report")












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.