ABŞ tezliklə Kanada ilə sərhədi açacaq

19-09-2020, 05:15           
ABŞ tezliklə Kanada ilə sərhədi açacaq
Amerika Birləşmiş Ştatları və Kanada tezliklə sərhədi açacaqlar.

“Report” TASS-a istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Minnesota ştatına səfərdən əvvəl jurnalistlərə bildirib.

Dövlət başçısı qeyd edib ki, bu məsələ hazırda müzakirə edilir

"Biz Kanada ilə sərhədin açılışı haqqında məsələni araşdırırıq. Kanada istərdi ki, sərhədi açsınlar", - o deyib. "Biz kifayət qədər qısa müddətdə sərhədi açacağıq", - prezident vurğulayıb.

Ağ Ev rəhbərinə sərhədin bu ilin sonuna kimi açılmasının mümkün olub-ola bilməcəyi barədə sual verilib. "Bu mümkündür, bəli. Biz Kanada ilə işləyirik. Biz yaxşı tarix seçmək istəyirik", - Tramp cavab verib.

Kanadanın İctimai təhlükəsizlik və fövqəladə vəziyyətlərə hazırlığın təminatı üzrə naziri Uilyam Blerin bildirib ki, Kanada və ABŞ hakimiyyəti sərhədi oktyabrın 21-ə qədər açmamağa razılaşıb.

Xatlırladaq ki, Kanada-ABŞ sərhədi martın 21-də bağlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru