İranın Səhiyyə nazirindən həyəcan təbili: "Belə davam edərsə..."

19-09-2020, 10:59           
İranın Səhiyyə nazirindən həyəcan təbili:
“Belə davam edərsə, İranda koronavirusdan ölənlərin sayı 45 minə yüksələcək”.
Yeniavaz.com İHA-ya istinadən xəbər verir ki, bunu İranın səhiyyə naziri İrəc Herirçi Təbrizdə mətbuata müsahibəsində deyib.
O bildirib ki, İranın bəzi şəhərlərində yoluxma pik həddə çatıb: "Təbrizdə bir gündə yoluxanların sayı 40 nəfər idisə, indi bu say 160 nəfərə çatıb. Qum şəhərində də yoluxma 10 nəfərdən 160 nəfərə yüksəlib. Artıq koronavirusa qarşı mübarizədə sarı, narıncı və qırmızı səviyyələrin bir mənası yoxdur. Belə davam edərsə, İranda koronavirusdan ölənlərin sayı 45 minə çatacaq”. Nazir qeyd edib ki, tibbi maskadan geniş istifadə və səyahətlərin azaldılması ilə belə sürətli yayılmanın qarşısını almaq olacaq.
Qeyd edək ki, sentyabrın 18-nə olan məlumata əsasən, virusa yoluxanların sayı 416 198 nəfər, koronavirusdan ölənlərin sayı isə 23 952 nəfər olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.