"Rusiya hipersəs silahını Obamadan oğurlayaraq yaradıb" - Tramp

19-09-2020, 11:16           
"Rusiya hipersəs silahını Obamadan oğurlayaraq yaradıb" - Tramp
ABŞ prezidenti Donald Tramp Rusiyanı sələfi Barak Obama dövründə oğurladığı texnoloji sirlərlə hipersəs silahı yaratmaqda ittiham edib.

Avropa.info xəbər verir ki, o, məxfi informasiyanın sızması ilə bağlı iddialara cavab verib.

"Hansısa rəzil hərif deyir ki, "Mənə elə gəlir ki, o, məxfi informasiyanı açır". Xeyr. Mən nə etdimsə, dünyaya ən güclü silaha sahib olmağımızı bəyan etmək oldu. Mən heç bu silahın nə olduğunu demirəm. Ümid edirəm ki, onu tətbiq etməyə heç vaxt ehtiyac olmaz. Adi raketdən beş dəfə sürətli olan super-puper hipersəs raketimiz var. Rusiya isə bu informasiyanı Obama administrasiyasından oğurlayaraq öz silahını yaradıb" - Tramp seçki təbliğatı mitinqində deyib.

O, ABŞ-ın dünyada ən güclü silaha sahib olduğunu bildirib:

"Hazırda bizdə insan tərəfindən nə vaxtsa yaradılmış ən güclü silah var. Ordunu yenidən dirçəltdik və onu elə bir səviyyəyə qaldırdıq ki, hamı bunun mümkün olmayacağını düşünürdü. Demişdim ki, biz bəşəriyyətə məlum olan ən güclü silahı yaratmışıq. Bu həqiqətdir".

Tramp silahın elə qabaqcıl olduğunu deyib ki, hətta Çin və Rusiya da ABŞ-a paxıllıq edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.