Tehran ABŞ-ın İrana qarşı sanksiya tətbiqi barədə bəyanatını “qiyam” adlandırıb

20-09-2020, 14:54           
Tehran ABŞ-ın İrana qarşı sanksiya tətbiqi barədə bəyanatını “qiyam” adlandırıb
İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın dünya ictimaiyyətini Tehrana qarşı sanksiyaların bərpa edilməsi barədə çağırışına münasibət bildirib.

Gununsesi.info-nun “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət katibi Mayk Pompeo bazar günü birtərəfli qaydada bəyan edib ki, BMT-nin İrana qarşı sanksiyası yenidən qüvvəyə minib.

BMT-nin isə bu barədə qərarı yoxdur. BMT Təhlükəsizlik Şurasının üzvləri Böyük Britaniya və Fransa, o cümlədən Almaniya Xarici İşlər nazirləri bu barədə birgə bəyanat yayıb. “Avropa üçlüyü”nün bəyanatında bildirilib ki, bu üç ölkə ABŞ-ın cəhdinə qarşıdır və Tehranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının qorunmasına çalışırlar.



İran XİN-nin rəsmi nümayəndəsi Səid Xətibzadə isə deyib ki, Tehranın Vaşinqtona mesajı şəffafdır: “ABŞ dünya ictimaiyyətinin sıralarına qayıtsın, Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində öz öhdəliklərinə uyğun hərəkət etsin, qiyamı dayandırsın. Bu halda dünya ictimaiyyəti Vaşinqtonu qəbul edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru