Səudiyyə Ərəbistanı BMT və ÜST-yə 100 milyon dollar yardım edib

20-09-2020, 15:07           
Səudiyyə Ərəbistanı BMT və ÜST-yə 100 milyon dollar yardım edib
Səudiyyə Ərəbistanı COVID-19 pandemiyası ilə mübarizədə yoxsul ölkələrə yardım məqsədilə BMT və Ümumdünya Səhiyyə Təşkilatına 100 milyon dollar ayırdığını bəyan edib.

Teref.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Krallığın rəsmi SPA informasiya agentliyi məlumat yayıb.

Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdallah Əl Muallimi təşkilatın Baş katibi Antonio Quterreş ilə virtual görüşündə bildirib ki, onun ölkəsi pandemiya ilə mübarizə sahəsində qlobal əməkdaşlığı dəstəkləyir və ayrılan vəsaitin yoxsul ölkələrdə insanların epidemiyadan qorunmasına sərf olunmasını istəyir. O əlavə edib ki, Krallıq pandemiya ilə qlobal mübarizəyə qoşulan ilk ölkələrdən biri olub.

Antonio Quterreş Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizə təşəkkürünü bildirərək qeyd edib ki, Krallıq pandemiya ilə yanaşı, dünyada sülhün və təhlükəsizliyin təmin olunması, o cümlədən Yəməndə humanitar fəlakətin aradan qaldırılması istiqamətində BMT ilə sıx əməkdaşlıq edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru