BMT ABŞ-ın İrana qarşı sanksiya tələbini nəzərdən keçirməkdən imtina edib

21-09-2020, 06:47           
BMT ABŞ-ın İrana qarşı sanksiya tələbini nəzərdən keçirməkdən imtina edib
“BMT 2231 saylı qətnamə çərçivəsində ABŞ-ın İrana qarşı sanksiyaların bərpası tələbinə cavab olaraq heç bir addım atmayacaq, çünki BMT Təhlükəsizlik Şurasında bu hesabla bağlı heç bir əminlik yoxdur”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT Baş katibi Antonio Quterresin imzaladığı məktubda bildirilib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo şənbə günü BMT ilə razılaşdırılmamasına baxmayaraq, təşkilatın İrana qarşı sanksiyalarının yenidən qüvvəyə mindiyini söyləmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.