Şamanlar Amerikanın prezidentinin kim olacağını müəyyən etdilər...

21-09-2020, 09:05           
Şamanlar Amerikanın prezidentinin kim olacağını müəyyən etdilər...
“Amerikalılar bir-birləri ilə qarşıdakı dörd il ərzində Oval kabinetin kimin əlinə keçəcəyi mövzusunda mübahisə edirlər. Üstəlik, bir sıra bukmeyker kontorları namizədlərdən birinin qələbəsi üçün mərcləri qəbul edirlər”

Moderator.az bu haqda Rusiya mediasına xəbər verir.

Xatırladaq ki, ABŞ-da prezidentliyə namizədlər hazırkı lider Donald Tramp (Respublikaçılar Partiyası) və Con Baydendir(Demokratik Partiya).

Ancaq bəziləri ABŞ-ın gələcək prezidentinin adını təxmin etməyə cəhd edirkən, digərləri bunu ən qeyri-adi yollarla anlamağa çalışırlar. Məsələn, müxtəlif rituallar həyata keçirirlər. Amerikalı şamanlar da belə edib. Əsas qurbangahdakı 4 ünsürdən (torpaq, od, su və hava) istifadə edərək bir ayin icra ediblər. Gələcək prezidentin adını “görmək” üçün şamanlar müqəddəs San-Pedro bitkisindən istifadə ediblər. Şamanların gəldiyi “nəticəyə” görə, qarşıdakı seçkilərdə Donald Tramp qalib gələcək...

Sultan Laçın












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru