Ermənistan Qarabağda PKK-çıları yerləşdirdi - Əvəzində raket veriləcək

21-09-2020, 10:58           
Ermənistan Qarabağda PKK-çıları yerləşdirdi - Əvəzində raket veriləcək
Ermənistan işğal etdiyi Dağlıq Qarabağa PKK terror qruplaşmasının üzvlərini yerləşdirib.

Publika.az xəbər verir ki, bu barədə “Cairo24” nəşri məlumat yayıb.

Nəşr Ermənistanın İrandakı sabiq səfiri Qraçya Poladyanın PKK terrorçularının Qarabağa gedən istiqaməti ilə bağlı planını paylaşıb. Poladyan PKK-çıların Qarabağa yerləşdiyini söyləyib.

Verilən məlumata görə, iyul ayında İraqdan İranın Urmiya şəhərinə aparılan 25 PKK-çı burada bir müddət qaldıqdan sonra Ermənistana keçib. Sentyabr ayının əvvəllərindən Suriyanın Qamışlı bölgəsindən gətirilən 250 nəfərlik terrorçu qrup yenə İran vasitəsilə Ermənistana keçirilib.

Ermənistan PKK-nın bu həmləsinə qarşılıq olaraq Türkiyə Silahlı Pilotsuz Uçuş Aparatlarına qarşı istifadə edilmək üçün Rusiya istehsalı olan raket verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru