Azərbaycanlı Londonun mer postu uğrunda mübarizə aparacaq

22-09-2020, 10:16           
Azərbaycanlı Londonun mer postu uğrunda mübarizə aparacaq
Azərbaycanlı Kamran Balayev (Kam Balayev) London meri postuna namizəddir.

Teref.az Oxu.az-a istinadən xəbər verir ki, Böyük Britaniyada yaşayan və çalışan beynəlxalq səviyyəli vəkil K.Balayevin namizədliyi mərkəzçi "Renew” partiyasından irəli sürülüb.

Kamran Balayev, Kembric Universitetinin və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) məzunudur. Eyni zamanda BMT-nin bəyannamələri çərçivəsində insan haqlarının qorunması məsələləri ilə məşğul olan "Sərhədsiz Hüquqşünaslar” təşkilatının qurucusudur.

Qeyd edək ki, Londonda mer seçkiləri 2021-ci ildə keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru