Dünya Ticarət Təşkilatı: "ABŞ-ın Çinə tətbiq etdiyi vergi tarifləri ədalətli deyil"

23-09-2020, 00:08           
Dünya Ticarət Təşkilatı:
Dünya Ticarət Təşkilatı ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi əlavə gömrük vergilərinin ticarət qanunlarına zidd olduğu barədə qərarını açıqlayıb.

ABŞ-ın 2018-2019-cu illərdə Çindən idxal edilən 200 milyard dollar dəyərində məhsullara əlavə gömrük vergisini tətbiq etməsinin “Gömrük tarifləri üzrə ümumi saziş” (GATT) çərçivəsində “ədalətli” olduğu göstərilib. Həmçinin əlavə gömrük vergilərinin təkcə Çin məhsullarına tətbiq olunduğu üçün GATT qaydalarına uyğunluğu iddiasının əsassız olduğu barədə qərar verildiyi və ABŞ-ın bu vergiləri tətbiq etməklə imtiyaz əldə etdiyi vurğulanıb(azərtac).












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.