Navalnı Putinin "Özü zəhər içib" mesajına cavab verdi: "Mətbəxdə "Noviçok" bişirirdim..."

23-09-2020, 11:20           
Navalnı Putinin "Özü zəhər içib" mesajına cavab verdi:
Rusiya dövlət başçısı Vladimir Putin Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığı zamanı müxalifət lideri Aleksey Navalnı haqqında danışıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Fransanın Le Monde qəzeti yayıb.

Nəşrin mənbələrinə görə, 14 sentyabrda baş tutan söhbət zamanı Putin Navalnını “internetdə əvvəllər müxtəlif xəstəlikləri simulyasiya edən sadə bir gopçu” olaraq xarakterizə edib.

Qəzetin yazdığına görə, Putin Makronla telefon danışığında Navalnının özünün zəhərdən istifadə edə biləcəyini iddia edib.

Daha sonra Aleksey Navalnı bu mesajı İnstagramda cavablandırıb.

“Yaxşı versiyadır. Ən yaxın araşdırmaya layiq olduğuna inanıram. Mətbəxdə “Noviçok” bişirirdim. Təyyarədə bir udum qəbul etdim. Komaya düşdüm. Bundan əvvəl həyat yoldaşım, dostlarım və həmkarlarımla razılaşdım ki, Səhiyyə Nazirliyi məni müalicə üçün Almaniyaya aparmaqda israr edərsə, buna imkan verməsinlər. Omsk xəstəxanasında ölmək, Omsk meyitxanasında olmaq və mənə “kifayət qədər yaşadı” diaqnozunu qoymaq. Bütün bunlar mənim hiyləgər planımın son məqsədidir” deyə yazıb.

«Владимир Путин сообщил французскому коллеге: «Навальный мог сам проглотить этот яд». Хорошая версия. Считаю, что заслуживает самого пристального изучения. Сварил на кухне «Новичок». Тихо отхлебнул из фляжки в самолете. Впал в кому. До этого договорился с женой, друзьями и коллегами, что, если Минздрав будет настаивать, чтоб меня увезли лечить в Германию, они ни в коем случае не позволяли это сделать. Помереть в омской больнице и оказаться в омском морге, где установили бы причину смерти «пожил достаточно», - вот конечная цель моего хитрого плана. Но Путин меня переиграл. Его просто так не проведёшь. В итоге я, как дурак, пролежал в коме 18 дней, но своего не добился. Провокация не удалась!

Публикация от Алексей Навальный (@navalny)


“Ancaq Putin məndən üstün oldu. Onu elə asanlıqla aldada bilməzsən. Nəticədə bir axmaq kimi 18 gün komada yatdım, amma məqsədimə çatmadım. Təxribat uğursuz oldu! ” – deyə Navalnı sonlandırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.