Lavrov və Zərif son üç ayda üçüncü dəfə Moskvada görüşəcəklər

24-09-2020, 07:44           
Lavrov və Zərif son üç ayda üçüncü dəfə Moskvada görüşəcəklər
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu gün Moskvaya işgüzar səfər etməsi planlaşdırılan iranlı həmkarı Məhəmməd Cavad Zəriflə danışıqlar aparacaq.

APA “TASS”-a istinadən xəbər verir ki, nazirlərin görüşünün əsas mövzusu, Zərifin 16 iyun və 21 iyul tarixlərində Moskvaya etdiyi səfərlərlərdə də olduğu kimi, İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafındakı vəziyyət olacaq. Bundan əlavə, tərəflər Suriya və Əfqanıstandakı nizamlanmanı da nəzərdən keçirəcəklər.

“İranın nüvə proqramı, Suriyadakı vəziyyət, Əfqanıstan və Fars körfəzi bölgəsindəki Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafındakı vəziyyət, bir sıra aktual beynəlxalq mövzuların müzakirəsi planlaşdırılır”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova görüşü elan edərkən bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru