ABŞ-da etirazlar zamanı polis əməkdaşları güllə yarası alıb

24-09-2020, 07:53           
ABŞ-da etirazlar zamanı polis əməkdaşları güllə yarası alıb
ABŞ-ın Kentukki ştatının ən böyük şəhəri Luisvilldə keçirilən etiraz aksiyaları zamanı naməlum şəxslərin açdığı atəş zaman iki polis əməkdaşı yaralanıb.

"Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən yerli WLKY telekanalı bildirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının səhhəti barədə məlumat verilmir. Daha əvvəl şəhərin polis idarəsinin nümayəndələri jurnalistlərə bildiriblər ki, aksiya zamanı bir polis güllə yarası alıb.

Luisvillin Federal Təhqiqatlar Bürosunun (FTB) bölməsinin "Twitter" səhifəsində bildirilir ki, polisin yaralandığı əraziyə xüsusi təyinatlı dəstənin silahlıları göndərilib. Büronun əməkdaşları araşdırma aparmağa kömək edəcəklər.

Luisvilldə etirazlar və qarışıqlıqlar çərşənbə günü başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru