Almaniyada 1,5 min il yaşı olan sirli məqbərə aşkar edildi

24-09-2020, 07:00           
Almaniyada 1,5 min il yaşı olan sirli məqbərə aşkar edildi
Almaniyada, Saksoniya-Anxalt ərazisində quş fabriki üçün yerin hazırlanması zamanı 1 500 il əvvəl “Xalqların böyük köçü” dövründə yaşamış nüfuzlu şəxsin məqbərəsi aşkarlanıb.

Bu barədə "Report" "Daily Mail"ə istinadən xəbər verir.

Ekspertlər iddia edirlər ki, bu, ölkədə son 40 ildə ən əhəmiyyətli tapıntıdır.

Arxeoloqlar məqbərənin mərkəzində tuncdan hazırlanmış qazan tapıblar və içəridə bir zadəganın külünün ola biləcəyini güman edirlər. "Biz onun qalıqlarını tapmalıyıq", - deyə İbtidai İcma Tarixi Muzeyinin arxeoloqu Suzanna Fridrix deyib.

Qazanın ətrafında altı qadının skeleti aşkarlanıb. Tədqiqatçılar deyirlər ki, onların mərhumun kənizləri və ya arvadları ola bilər. Ancaq qadınların zadəgan üçün qurban edilib-edilmədiyi müəmmalıdır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru