“Vəziyyət getdikcə pisləşir” – Rusiyaya sərt xəbərdarlıq

25-09-2020, 00:07           
“Vəziyyət getdikcə pisləşir” –
ABŞ-ın Rusiyadakı səfiri Con Sullivan Moskva və Vaşinqton arasındakı münasibətlərdəki vəziyyəti izah edib.
Teleqraf.com xəbər verir ki, Amerika təmsilçisi son illər dövlətlər arasındakı münasibətlərin nə qədər pisləşdiyinə təəccübləndiyini söyləyib.

Sullivan ABŞ-ın keçmiş dövlət katibi Reks Tillersonun 2017-ci ildə Moskvaya səfər etdiyini xatırladıb: “Tillerson münasibətlərin dibinə çatdığımızı dedi, lakin bu çuxuru qazmağı dayandırmalıyıq. Təəssüf ki, son üç il yarımda aramızdakı çuxur yalnız dərinləşib”.

Eyni zamanda, Sullivan dialoqun inkişaf perspektivlərini görmədiyini deyərək, bunu Moskvanın yürütdüyü siyasətlə əlaqələndirib. Nümunə olaraq, müxalifət lideri Aleksey Navalnının vəziyyətini və Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsini göstərib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.