İranın pilotsuz uçuş aparatları ABŞ-ın hərbi gəmilərini nəzarətdə saxlayır- Açıqlama

25-09-2020, 01:02           
İranın pilotsuz uçuş aparatları ABŞ-ın hərbi gəmilərini nəzarətdə saxlayır- Açıqlama
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) ABŞ-ın Fars körfəzində təyyarə daşıyan hərbi gəmisini nəzarətdə saxlayır.

Bunu SEPAH-ın dəniz qüvvələrinin komandanı vitse-admiral Əlirza Təngsiri mətbuata açıqlamasında deyib. O bildirib ki, İranın pilotsuz uçuş aparatları (PUA) Fars və Hörmüz boğazlarında və Oman dənizində hərbi gəmiləri diqqətlə izləyir. Sərhədlərin mühafizəsi üçün PUA-lar hazır vəziyyətdə saxlanılır.

Vitse-admiral onu da nəzərə çatdırıb ki, İran istehsalı olan PUA-lar HDQ-nin kəşfiyyat imkanlarını daha da artırıb. Həmin PUA-lar mərkəzə foto və video materiallar göndərir.

Ə.Təngsiri ABŞ-ın hərbi gəmisinin nəzarətdə saxlanılması prosesini də nümayiş etdirib(azərtac).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru