Kanada Baş naziri:"Ölkədə koronavirusun ikinci dalğası başlayıb"

25-09-2020, 02:06           
Kanada Baş naziri:"Ölkədə koronavirusun ikinci dalğası başlayıb"
Kanada koronavirus pandemiyasının ikinci dalğası ilə üzləşib, əhali infeksiya ilə mübarizə tədbirlərinə ciddi əməl etməlidir.

Azərtac Interfax agentliyinə istinadla xəbər verir ki, bu barədə Kanadanın Baş Naziri Castin Trüdo xalqa müraciətində deyib. O, ölkədə ümummilli karantinin elan edildiyi martın 13-də sutka ərzində 47 yeni yoluxma halının qeydə alındığını, sentyabrın 22-də isə bu göstəricinin mindən çox olduğunu xatırladıb.

“Biz yazdan daha çətin ola biləcək payızın astanasındayıq. Bu gün və ya sabah qeydə alınacaq göstəriciləri dəyişə bilmərik, onlar artıq iki həftə bundan öncə etdiklərimiz və etmədiklərimiz sayəsində müəyyən olunub”, – deyən Baş Nazir qışın əvvəlinə qədər vəziyyəti dəyişməyin mümkünlüyünü vurğulayıb.

Castin Trüdo kanadalıları qoruyucu maskadan istifadə etməyə və koronavirus xəstəsi ilə əlaqədə olacağı təqdirdə istifadəçini xəbərdar edən hökumət əlavəsini smartfonlara yükləməyə çağırıb.

Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, sentyabrın 23-də Kanadada koronavirus infeksiyasına yoluxanların sayı 1090 nəfər artaraq 147 min 753 nəfərə, ölənlərin sayı isə 9 nəfər artaraq 9 min 243 nəfərə çatıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.