Mirakyan: Cəmi 4 gün bəs etdi ki, iqtisadiyyatımız çöksün

1-10-2020, 17:32           
Mirakyan: Cəmi 4 gün bəs etdi ki, iqtisadiyyatımız çöksün
Eskalasiyadan dörd gün keçsə də, bu, Ermənistandakı biznes sahəsinin faktiki olaraq sıfırlanmasına kifayət etdi.

Teref.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu sözləri “Mantaşev” Sahibkarlar İttifaqının rəhbəri, biznesmen Vaqram Mirakyan Dağlıq Qarabağ məsələsindəki eskalasiyanın Ermənistanda biznesə təsiri haqda danışarkən deyib.

Onun sözlərinə görə, Qarabağdaki qarşıdurma Ermənistanın hələ koronavirus pandemiyasına uyğunlaşmayan biznesinə sarsıdıcı zərbə vurub:

“Bu vəziyyətin uzanacağı təqdirdə Ermənistan iqtisadi resurslarla bağlı ciddi problem qarşısında dayana bilər. Sirr deyil ki, biznes böhran yaşayır, dövriyyə kəskin azaldığından bu sahənin nümayəndələri arasında çaxnaşma müşahidə olunur. Mikroşirkətlər bağlanmağa başlayıb. COVİD-19 pandemiyasının ən çətin dövrü belə biznes sektoruna belə zərbə vurmamışdı”. (axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru