Gürcüstanda seçki:hakim partiyanın seçki siyahısında 2 azərbaycanlının adı var

2-10-2020, 03:32           
Gürcüstanda seçki:hakim partiyanın seçki siyahısında 2 azərbaycanlının adı var
Gürcüstanın hakim Gürcü Arzusu Partiyası seçki siyahısını təqdim edib.

Teref.az “Report”a istinadla xəbər verir ki, 150 nəfərlik siyahıda iki azərbaycanlı da yer alıb.

Soydaşımız Savalan Mirzəyev siyahıda 35-ci, Zaur Darğallı isə 127-ci yerdədir.

Qeyd edək ki, S.Mirzəyev Gürcüstanın IX çağırış parlamentində “Gürcü Arzusu”nun Qardabanidən seçilən deputatı olub. Bu vaxta qədər Marneulinin meri olan Z.Darğallı isə hakim partiyanın Marneuli-Qardabani dairəsi üzrə majoritar sistem üzrə deputatlığa namizədidir.

Qonşu ölkədə oktyabrın 31-də keçiriləcək parlament seçkilərində 30 deputat majoritar, 120-si isə proporsional sistem üzrə seçiləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru