Pentaqon: Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə izləyirik

2-10-2020, 05:47           
Pentaqon:
Pentaqon Azərbaycanla Ermənistan arasındakı toqquşmaların yaratdığı "qeyri-sabit vəziyyəti" diqqətlə izləyir.

Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyinə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Tomas Kempbel deyib.

T.Kempbel bildirib: "Biz həm Azərbaycana, həm də Ermənistana bütün yardımlarımızı diqqətlə strukturlaşdırmışıq ki, bunun, heç bir halda iki ölkə arasındakı münaqişə ilə bağlı olmayacağını təmin edək".

Nümayəndə əlavə edib ki, Pentaqon zorakılığı pisləyir və ölənlərin və yaralananların ailələrinə başsağlığı verir: "ABŞ tərəfləri predmet danışıqlara mümkün qədər tez qayıtmaq üçün dərhal hərbi əməliyyatları dayandırmağa və Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru