Ermənistan hərbçiləri işğal olunmuş şəhərlərdən çıxmalıdır - İran XİN-dən gözlənilməz açıqlama

5-10-2020, 12:41           
Ermənistan hərbçiləri işğal olunmuş şəhərlərdən çıxmalıdır - İran XİN-dən gözlənilməz açıqlama
İran İslam Respublikası Ermənistan hərbçilərinin işğal olunmuş şəhərlərdən çıxmasını təkid edir.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat brifinqində deyib.

S.Xətibzadənin sözlərinə görə, İran Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağın zəruriliyini bir daha qeyd edir.

İran rəsmisi bildirib ki, Tehran Dağlıq Qarabağ münaqişəsini həssaslıqla izləyir:

“İran eyni zamanda mülki şəxslərə hücum etməmək prinsipinə riayət olunmasına çağırır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.