Paşinyan bu sualdan yayındı: Rayonların qaytarılması...

5-10-2020, 14:27           
Paşinyan bu sualdan yayındı:
Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı savaşın məğlubu olmamaq və hakimiyyətini bu məğlubiyyətin təsirindən qorumaq üçün yeni taktika seçib.

Axar.az xəbər verir ki, “Nyu York Tayms”a müsahibə verən Paşinyan jurnalistin ona ünvanlandığı “Ermənistan razılaşma üçün hansısa rayonları qaytarmağa hazırdımı?” sualına qəti cavab verməkdən yayınıb. Belə ki, o, rayonların qaytarılması məsələsinə Dağlıq Qarabağ “rəhbərliyi”nin cavab verməli olduğunu deyib.

Görünən odur ki, Paşinyan Qarabağla bağlı bütün məsuliyyəti üzərindən atmağa və hakimiyyətini maksimum qorumağa start verib. Bununla yanaşı, Paşinyan belə mövqeyə sahib olduğu halda niyə hələ də Azərbaycan ərazilərini Ermənistandan atəşə tutulmasını açıqlamayıb.

Qeyd edək ki, Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağ konfliktində Dağlıq Qarabağ deyilən tərəf yoxdur və Azərbaycanın əraziləri birbaşa Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru