Tramp xəstəxanadan evə buraxılacaq

6-10-2020, 02:40           
Tramp xəstəxanadan evə buraxılacaq
ABŞ prezidenti Donald Tramp bildirib ki, ən yaxın vaxtlarda koronavirusdan müalicə olunduğu hospitalı tərk etməyə hazırlaşır.

“Report” xəbər verir ki, ABŞ rəhbəri “Twitter”dəki səhifəsində yerli vaxtla "saat 18:30-da çox gözəl Uolter Rid tibb mərkəzi"ni tərk edəcəyini xəbər verib. O, əmin edib ki, özünü "çox yaxşı hiss edir". Ağ Ev rəhbəri insanları COVID-19-dan qorxmamağa çağırıb.

"Ona (koronavirusa-red) sizin həyatınızda hökmranlıq etməyə imkan verməyin", - Tramp bildirib. ABŞ prezidenti əlavə edib ki, Birləşmiş Ştatlarda onun prezidentliyi vaxtı "çox yaxşı dərmanlar və biliklər" alınıb.

Tramp iddia edib ki, özünü 20 il əvvəlkindən daha yaxşı hiss edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru