Erməni separatçılarının fransız dostunun paylaşımı Gürcüstanda narazılıq doğurub

6-10-2020, 21:05           
Erməni separatçılarının fransız dostunun paylaşımı Gürcüstanda narazılıq doğurub
Fransanın Overen-Rona-Alp Regional Şurasının sədri Loran Vokyenin “Facebook” və “Twitter” səhifələrində paylaşdığı xəritənin fotoşəkli Gürcüstanda narazılıq doğurub.

Həmin xəritədə Gürcüstanın bir hissəsi Ermənistanın sərhədləri daxilində göstərilib.

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) və Fransadakı səfirliyi məsələ ilə bağlı araşdırmaya başlayıb. Məlum olub ki, bu xəritə Fransada fəaliyyət göstərən milliyyətçi təşkilatlar tərəfindən fəal istifadə edilir.

XİN-nin mətbuat katibi Mari Narçemaşvili bildirib ki, xəritənin Fransanın rəsmi mövqeyinə heç bir aidiyyəti yoxdur.

Qeyd edək ki, fransız siyasətçinin paylaşdığı xəritədə Gürcüstanla yanaşı, Azərbaycan və Türkiyənin də əraziləri Ermənistan adı altında göstərilib.

Xatırladaq ki, L.Vokyen ötən il Yerevanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki qondarma rejim ilə birgə bəyannamə imzalayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru