Ermənistan parlamentində jurnalist döyülüb –Açıqlama

6-10-2020, 23:09           
Ermənistan parlamentində jurnalist döyülüb –Açıqlama
Ermənistan parlamentində deputatlar – Kristina Poqosyanla Artur Ovannisyan “5-ci kanal” TV-nin jurnalistinə peşə vəzifəsinin icrası zamanı fiziki təzyiq göstəriblər.

“News.am” xəbər verir ki, bunu telekanalın direktoru Arutyun Arutyunyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, deputat iki dəfə jurnalistin əlindəki mikrofona vuraraq ünvanına hədələyici ifadələr işlədib: “Bundan sonra jurnalist vəzifəsinin icrasını dayandırıb”.

Telekanalın direktoru hadisə ilə bağlı Baş Prokurorluğa şikayət etdiklərini bildirib/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru