Qeyri-adi tur: Pul müqabilində... - FOTO

8-10-2020, 00:09           
Qeyri-adi tur: Pul müqabilində... - FOTO
İngiltərənin Somerset qraflığında qədim “Şepton-Mollet” həbsxanasında bir gün müddətinə məhkum olmaq və həbsxana həyatı ilə tanış olmaq təklif edilir. Belə “zövq” 49 funt sterlinqə (təxminən 108 AZN) başa gəlir.

TEREF.AZ xəbər verir ki, bu barədə “The Sun” xəbər verib.

Turda məhkumun həyatı ilə əlaqəli təcrübələr təqdim edilir. İştirakçılara müvafiq menyu təqdim olunur, səhər yeməyində mütləq yulaf əzməsi verilir. Bir nəfərlik kamerada gecə qalmaq da planın tərkib hissəsidir.

“Şepton Mollet” - əvvəllər Krey əkizləri kimi təhlükəli cinayətkarların saxlanıldığı ən məşhur həbsxanalardan biridir. İlk məhbuslar 1626-cı ildə bura gətirilib. O vaxtdan 1945-ci ilə kimi sözügedən həbsxanada bir çox edamlar həyata keçirilib.

“Şepton Mollet” 2013-cü ildən etibarən turizm məqsədiylə istifadə olunur. /Oxu.az




















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru