"Qordon" Ermənistanın savaş cinayətlərindən yazdı

8-10-2020, 22:38           
"Qordon" Ermənistanın savaş cinayətlərindən yazdı
Ukraynanın nüfuzlu “Qordon” nəşri Ermənistanın müharibə cinayətlərinə dair məqalə dərc edib.

Axar.az xəbər verir ki, məqalədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə rayonunun yaşayış məntəqələrini raket və artilleriya mərmilərindən intensiv atəşə tutduğu qeyd olunur.

“Oktyabrın 8-də saat 11 radələrində Bərdə şəhərinin mərkəzində yerləşən “Qədim Bərdə” restoranına raketin düşməsi nəticəsində həmin vaxt orada olan 2 nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Eyni zamanda, Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfərin yaralanmasına səbəb olub, o cümlədən məktəbin binasına, çoxsaylı nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib”, - məlumatda bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.