Dünyada koronavirusa bir günlük rekord yoluxma aşkarlandı

9-10-2020, 00:01           
Dünyada koronavirusa bir günlük rekord yoluxma aşkarlandı
Dünyada koronavirusa bir günlük yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 338 779təşkil edib. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilat qeyd edib ki, bu pandemiyanın başlanğıcından rekord göstəricidir.

Mütəxəssislər ən çox yoluxma hallarını Şimali və Cənubi Amerikada qeydə alıblar. Son sutkada bu qitədə təhlükəli infeksiyaya 122 715 yoluxma aşkarlanıb. Avropada son bir gün ərzində COVID-19-a 96 996 yoluxma qeydə alınıb.

Dünyada koronavirusa ümumilikdə 36 milyondan çox yoluxma aşkarlanıb. Pandemiya ərzində təhlükəli infeksiyadan 1 milyondan çox insan ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru