Paşinyanın inanılmış milli kəşfiyyatçıları yoxdur

9-10-2020, 00:08           
Paşinyanın inanılmış milli kəşfiyyatçıları yoxdur
Ermənistanın Təhlükəsizlik Xidmətinin 8 iyun 2020-ci ildə, 4 ay bundan əvvəl təyin olunan rəhbəri Arqişti Kərəmyan vəzifəsindən azad olunub, onun vəzifəsini müavini Mikayıl Ambartsumyan icra edir.
Bunu ADR sədri Qubad İbadoğlu yazır.
Ondan əvvəl bu vəzifəni 3 ay icra edən Eduard Martirosyan hazırda Ermənistan Atom Elektrik Stansiyasın direktoru vəzifəsini daşıyır. Bu vəzifəyə 10 may 2018-ci ildə təyin olunan və 16 sentyabr 2019-cu ildə vəzifəsindən çıxarılan Artur Vanetsyan hazırda "Vətən" adlı partiya yaradaraq müxalifətə keçib və Paşinyanın ən qatı tənqiçilərindən sayılır.
Göründüyü kimi Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin son 2 ildə 3 dəfə rəhbəri dəyişib, hələ də uyğun kadr tapa bilmirlər.
Müharibə dövründə aparılan bu dəyişilik onu göstərir ki, ermənilərin inanılmış milli kəşfiyyatçıları yoxdur.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru