Nyu-Yorkdan jurnalistlərlə bağlı İrəvan və Bakıya ÇAĞIRIŞ

9-10-2020, 09:57           
Nyu-Yorkdan jurnalistlərlə bağlı İrəvan və Bakıya ÇAĞIRIŞ
Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) İrəvan və Bakını jurnalistlərin təhlükəsizliyini təmin etməyə çağırıb.

Cebhe.info xəbər verir ki, sözügedən Komitə rus jurnalistin Dağlıq Qarabağda yaralanmasından sonra bu çağırışı edib. Həmin jurnalistin zərər çəkməsində Ermənistan tərəfi Azərbaycanı günahlandırsa da, rəsmi Bakı bu faktı qətiyyətlə inkar edib. Üstəlik həmin jurnalist də daxil olmaqla xarici jurnalistlərin Azərbaycanın icazəsi olmadan işğal edilmiş ərazilərə gəlməsi qanunsuzdur.

Qeyd edək ki, Ermənistan təxribat məqsədi ilə xarici jurnalistlərin təhlükəsizliyini təmin etmir və onları açıq döyüş bölgəsinə cəlb edir. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) dəfələrlə bu barədə beynəlxalq təşkilatlara xəbərdarlıq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru