Səfir geri çağırıldı

10-10-2020, 03:18           
Səfir geri çağırıldı
Böyük Britaniya rəhbərliyi Polşa və Litva ilə həmrəylik nümayiş etdirərək ölkənin Belarusdakı səfirini məsləhətləşmələr üçün geri çağırıblar.

Teref.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Britaniya XİN-in rəhbəri Dominik Raab “Twitter” səhifəsində yazıb.

“Böyük Britaniya Belarusun Polşa və Litva diplomatlarını ölkədən çıxarmaqla bağlı qərarını pisləyir. Bu, tamamilə əsassızdır və yalnız Belarus xalqını təcrid edir. Həmrəylik əlaməti olaraq Belarusdakı vəziyyətlə bağlı məsləhətləşmələr aparmaq üçün səfirimizi müvəqqəti olaraq geri çağırırıq”, - Raab belə yazıb.APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru