Ermənilərin Gəncəyə hücumu Rusiya mətbuatında

11-10-2020, 12:14           
Ermənilərin Gəncəyə hücumu Rusiya mətbuatında
Rusiyanın “Lenta.ru” saytı yazır ki, ermənilərin atdığı raket çoxmərtəbəli yaşayış binasını düşüb. Nəticədə 5 nəfər ölüb, 28 nəfər isə yaralanıb.

Azərbaycan Müdafiə Nazirliyi öz Facebook səhifəsində bu hücuma görə Ermənistanı müqəssir bilib. Rəsmi İrəvan isə bu ittihamı rədd edib. “Deyilən ittihamlar tamamilə yalandır və real vəziyyətlə heç bir əlaqəsi yoxdur”, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Facebook statusunda belə yazıb.

Rusiyanın “RİA Novosti” agentliyi də bu barədə məlumat yayıb. “Rbs.ru” saytı isə bildirir ki, Azərbaycan Müdafiə Nazirliyi Gəncəyə “atəş Ermənistanın Berd rayonundan açılıb”, deyir.

“Radiosputnikşria.ru (http://Radiosputnik%C5%9Fria.ru)” saytı bildirir ki, xaraba qalmış binanın qalıqları altında qalanların xilası üçün başlanan axtarış əməliyyatları davam edir. Ermənistan və Azərbaycan gərginliyin daha da artdığını bildirir. “Vesti.ru” saytı isə yazır ki, Ermənistan Müdafiə nazirliyi Gəncənin raket atəşinə tutulmasını dezinformasiya adlandırıb.

Belə çıxır ki, Gəncənin mərkəzindəki yaşayış binasını özümüz partlatmışıq. 5 nəfəri özümüz öldürmüşük, 28 nəfəri də özümümz yaralamışıq. Erməni hayasızlığı doğrudan da sərhəd tanımır.

Elbəyi Həsənli, Sürix
musavat












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.