Tramp COVID-19-dan sonra özünü fantastik hiss etdiyini bildirib

12-10-2020, 03:01           
Tramp COVID-19-dan sonra özünü fantastik hiss etdiyini bildirib
ABŞ prezidenti Donald Tramp yeni növ koronavirusdan sağaldıqdan sonra bu xəstəliyə qarşı immunitetinin yarandığını və özünü yaxşı hiss etdiyini bildirib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp "FOX News" telekanalının efirində deyib.

ABŞ prezidenti bildirib: "Deyəsən artıq immunitetim var, bəlkə də uzunmüddətlidir, bəlkə də qısamüddətli, heç kim bilmir, amma hazırda immunitetim var. Özümü fantastik hiss edirəm, həqiqətən özümü çox yaxşı hiss edirəm".

Onun sözlərinə görə, Ağ Evin həkimləri onun artıq koronavirus daşıyıcısı olmadığını təsdiqləyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru