Tramp erməniləri məyus etdi - Prezidentin mövqeyinə etiraz edirlər

12-10-2020, 08:06           
Tramp erməniləri məyus etdi -
ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda bir neçə gündür daha da dərinləşən münaqişə ilə bağlı sükutu Birləşmiş Ştatların erməni icmasını narahat edir.

Teref.az xəbər verir ki, bu barədə “The Hill” yazıb. Məlumata görə, ermənilər Tramp administrasiyasının mövcud mövqeyindən narazıdırlar. Nəşr bildirib ki, Birləşmiş Ştatların 1,5 milyon nəfərdən ibarət erməni icması prezidentin mövqeyinə etiraz edirlər.

Qeyd edilir ki, ermənilər ötən həftə Trampa qarşı etirazlarını ifadə etmək üçün Ağ Ev qarşısında toplaşıblar.

“Trampdan heç olmasa sülh çağırışlı bir tvit, biz hətta indi Ermənistanın dəstəkdən danışmırıq, hər şey çox sadədir. Və hətta bu da olmur”, – etiraz aksiyasında iştirak etmiş Arsen Xaratyan deyib.

Bununla yanaşı, ermənilər qeyd ediblər ki, bu məsələ çətin ki, prezident seçkilərinə ciddi təsir etsin.report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru