Paşinyanın paylaşımı gürcüləri qəzəbləndirdi

12-10-2020, 10:29           
Paşinyanın paylaşımı gürcüləri qəzəbləndirdi
Ermənistan Baş naziri Nikol Paşinyanın Feysbuk paylaşımı kəskin etirazlara səbəb olub.

KONKRET.az xəbər verir ki, Paşinyan sosial şəbəkə hesabında Gürcüstanın Cavaxetiya bölgəsinin adını təhrif edərək, “Cavakx” adı ilə foto paylaşıb. Buna kəskin etiraz edən gürcülər bölgənin Cavaxetiya adlandırıldığını, “Cavakx” sözü ilə separatizm təbliğ edildiyini yazıblar.

Paşinyan şəkli guya Cavaxetiyadakı ermənilərin Qarabağ döyüşlərində Ermənistanın yanında olduğunu göstərmək üçün yayıb. Əslində isə şəkildə göstərilən mitinqdə Paşinyanın təqdim etdiyi kimi minlərlə yox, cəmi 300 nəfər olub.

Qeyd edək ki, Cavaxetiya Gürcüstan ərazisidir. Onun Ermənistana birləşdirilməsi yönündə illərdir bəzi qruplar daxildə və xaricdə fəaliyyət aparırlar.

“Cavakx” da separatçıların istifadə etdiyi addır. Belə ki, guya “Böyük Ermənistanın” əyalətlərindən biri “Cavakx” adlanırmış.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru