Fransa erməniləri SİLAHLANDIRIR... - İşin içində İRAN DA VAR

12-10-2020, 11:30           
Fransa erməniləri SİLAHLANDIRIR... - İşin içində İRAN DA VAR
Ermənistan humanitar yardım bəhanəsi ilə ölkəyə qanunsuz olaraq silah və sursat idxal etməyə davam edir. Bu məqsədlər üçün mülki aviasiya təyyarələri aktiv şəkildə istifadə olunur və bununla da 1944-cü il Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 4-cü maddəsini kobud şəkildə pozur.

Dəfələrlə bundan əvvəl də Ermənistana hərbi yüklərin çatdırılıb, Rusiyadan Ermənistana çoxsaylı uçuşlar həyata keçirilib. Yalnız oktyabrın üçündən doqquzuna qədər olan dövrdə, döyüş əməliyyatları əsnasında Rusiyadan Ermənistana mülki təyyarələr, ümumi çəkisi 20 tondan çox olan silah və sursat “humanitar” tədarükü həyata keçirdib. Ermənistanın bu cür tələsik hərəkətləri Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı erməni tərəfinin verdiyi itkilərlə əlaqədardır.

Lakin Azeri Daily-yə məlum olduğu kimi Ermənistana silah təchizatı yalnız Rusiyadan deyil.
Elə əvvəlki gecə F-GKXY qeyd nömrəli bir Airbus A320-214 yük təyyarəsi Paris Charles de Gaulle hava limanından İrəvana qalxıb. Təyyarə İranın hava məkanından keçərək saat 00: 12-də Ermənistan paytaxtına çatıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.