Nyu-York Fond Birjasında indekslər artıb

13-10-2020, 04:42           
Nyu-York Fond Birjasında indekslər artıb
ABŞ-da texnoloji səhmlərinə olan maraq fonunda Nyu-York Fond Birjasında (NYSE) başlıca indekslər artmağa başlayıb.

“Report” xəbər verir ki, “Dow Jones” sənaye indeksi 250,62 bənd (+0,88%) artaraq 28 837,52 bəndə, “Standard & Poor 500” indeksi 57,09 bənd (+1,64%) artaraq 3 534,22 bəndə, “Nasdaq” elektron birjasının indeksi də 296,31 bənd (+2,56%) artaraq 11 876,26 bəndə yüksəlib.

Həmçinin hərracın əvvəlində “Apple” şirkətinin səhmləri 6,24 faiz, “Alphabet”in 3,74 faiz, “Microsoft”un 2,66 faiz yüksəlib. WTI markalı neftin noyabr fyuçersləri 0,36 faiz bahalaşaraq 39,57 ABŞ dollarından, qızıl isə 0,05 faiz bahalaşaraq 1 927,90 ABŞ dollarından satılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru