Tramp koronavirusa yoluxduqdan sonra ilk dəfə ortaya çıxdı: “Oğlanları və gözəl qadınları öpəcəm”
13-10-2020, 10:30
Keçən həftə sonu koronavirus xəstəxanasına yerləşdirilən ABŞ Prezidenti Donald Tramp tam sağaldığını və yenidən seçilmək üçün mübarizəsini davam etdirməyə hazır olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.
Mənbə bildirir ki, Tramp bazar ertəsi axşamı Floridada tərəfdarlarının mitinqində çıxış edib.
O, Air Force One prezident təyyarəsinə maskasız minib və nərdivanı da onsuz enib.
“Bunu keçdim. İndi necə deyərlər, toxunulmazlığım var” deyə ABŞ prezidenti izah edib.
Ağ Evin başçısı özü ilə birlikdə “Tramp” yazısı olan selofana möhürlənmiş qırmızı maska paketlərini gətirib.
Tramp bir daha söz verib ki, yenidən seçiləcəyi təqdirdə hər bir amerikalıya onun istifadə etdiyi koronavirus dərmanları veriləcək.
“Özümü o qədər güclü hiss edirəm ki, getməyə… burda iştirak edənlərin hamısını öpməyə hazıram. Oğlanları və gözəl qadınları öpəcəm, yalnız böyük və kök öpücük verəcəyəm” deyib.
İndiyə qədər keçirilən rəy sorğularına görə, demokrat Joe Bayden prezidentlik yarışında ABŞ-ın hazırkı prezidentini 10 baldan çox qabaqlayaraq liderdir.