Respublikaçılar Partiyası seçki üçün 1 milyard dollarından artıq vəsait toplayıb –Tramp açıqladı

14-10-2020, 00:05           
Respublikaçılar Partiyası seçki üçün 1 milyard dollarından artıq vəsait toplayıb –Tramp açıqladı
ABŞ-ın Respublikaçılar Partiyası gələn ay baş verəcək seçkiyə hazırlıq üçün “WinRed” platformu vasitəsilə 1 milyard ABŞ dollarından artıq vəsait toplayıb.

Bu barədə partiyanın sədri, hazırkı dövlət başçısı Donald Tramp “Twitter” səhifəsindən bildirib.

Qeyd edək ki, Respublikaçılar Partiyası tərəfindən 2019-cu ildə yaradılmış “WinRed” Demokrat Partiyasına məxsus olan və 16 ildir fəaliyyət göstərən “ActBlue” onlayn vəsait toplama platformunun bənzəridir. Yeni saytda Senat və Nümayəndələr Palatasındakı respublikaçı millət vəkillərinin 90 faizindən artığı qeydiyyatdadır.

Xatırladaq ki, 3 noyabr tarixində keçiriləcək seçkilərdə prezident, vitse-prezident, Nümayəndələr Palatasının 435 üzvünün hamısı, Senat üzvlərinin üçdə biri, 13 ştat və bölgənin qubernatorları müəyyən olunacaq/Report.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.