“Samsung” ucuz “5G” smartfonunu təqdim edib

14-10-2020, 00:03           
“Samsung” ucuz “5G” smartfonunu təqdim edib
“Samsung” şirkəti 5-ci nəsil yüksəksürətli şəbəkələrə qoşulma imkanına malik ən ucuz smartfonunu təqdim edib. Böyük Britaniyada “Galaxy A42 5G” smartfonunun qiyməti 349 funt-sterlinq təşkil edəcək ki, bu da “Galaxy A51 5G”nin qiymətindən 80 funt daha ucuzdur.

Teref.az “ICTnews”a istinadən xəbər verir ki, “Galaxy A42 5G” smartfonu “Snapdragon 750G” prosessoru, 20 meqapiksellik selfi kamera üçün kəsiyə malik 6,6 düymlük OLED displey, daxili barmaq izləri skaneri, 4-8 QB əməli yaddaş və 128 QB daxili yaddaşla təchiz edilib.

Yeni smartfon 4 kamera ilə təchiz edilib: 48 mp-lik əsas, 8 mp-lik genişbucaqlı, 5 mp-lik makroobyektiv və portret çəkilişi üçün 5 mp-lik dərinlik sensoru. Akkumulyatorun tutumu 5000 milliamper/saatdır.

“Galaxy A42 5G” smartfonu noyabrın 6-da Böyük Britaniyada satışa çıxarılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru