Pompeo üçüncü ölkələri Qarabağ münaqişəsinə müdaxilə etməməyə çağırdı

15-10-2020, 01:06           
Pompeo üçüncü ölkələri Qarabağ münaqişəsinə müdaxilə etməməyə çağırdı
ABŞ-ın Dövlət katibi Mayk Pompeo üçüncü ölkələrdən Dağlıq Qarabağdakı münaqişəyə müdaxilə etməmələrini istəyib.

Teref.az bildirir ki, Rbc.ru-nun məlumatına görə, o, mətbuat konfransı zamanı bu məsələyə toxunub.

Pompeo jurnalistlərdən birinin ABŞ prezidenti Donald Tramp administrasiyasının bölgədəki vəziyyətlə bağlı hansı addımları atdığı barədə sualını cavablandırıb:

“Biz bütün beynəlxalq oyunçulardan vəziyyəti ağırlaşdırmamaq üçün bölgədən uzaq durmalarını xahiş etdik və bunun üzərində işləyirik”.

Pompeo Azərbaycan ordusunun Türkiyə tərəfindən təchiz edilməsindən xəbərdar olduğunu da söyləyib. /Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru