Almaniya gizli şəkildə nüvə müharibəsinə hazırlaşır – “Bild”

15-10-2020, 09:59           
Almaniya gizli şəkildə nüvə müharibəsinə hazırlaşır – “Bild”
Almaniyada nüvə silahından istifadə edərək hərbi əməliyyatlar həyata keçirmək üçün gizli təlimlər baş tutub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Bild” nəşri yayıb.

Mənbə bildirir ki, “Möhkəm günorta” adlı təlimlər Alman Hava Qüvvələri və NATO-dakı müttəfiqlərinin iştirakı ilə Şimali Ren-Vestfaliyadakı Nörfenich hava bazasında keçirilib.

Nüvə silahı daşıya bilən qırıcı bombardmançı təyyarələr manevrlərə cəlb edilib, təlimdə əsas məqsəd, materialda göstərildiyi kimi, Almaniyanın atom bombasına qarşı müdafiəsini yoxlamaqdır.

Məqalədə, eyni zamanda, nüvə müharibəsinə başlamaq riskinin son 30 ildə daha yüksək olduğu barədə fikirlər də ifadə olunur.

Müəlliflərə görə, bunun əsas səbəbi ABŞ-ın “Orta və qısa mənzilli raketlərin ləğvi” müqaviləsindən çıxmasıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.