Pandemiyaya görə işsiz qalan alim intihar etdi

15-10-2020, 22:46           
Pandemiyaya görə işsiz qalan alim intihar etdi
Rusiyanın Buryatiya bölgəsində COVID-19 pandemiyasına görə işsiz qalan tarix elmləri doktoru intihar edib.

Teref.az Oxu.az-a istinadən xəbər verir ki, 70 yaşlı Nikolay Abayev Krasnoyarskdakı öz həmkarlarına ilin əvvəlində məktub göndərib. Məktubda alim koronavirus pandemiyası səbəbilə təcrid olunmasının “həbsxanaya çevrildiyini” bildirib, həmçinin anemiya, diabet və zəiflikdən “öldüyünü” qeyd edib. Yaşlı professor həmçinin, yeməksiz qaldığını söyləyib.

Hazırda alimin ölümümün əsl səbəbi bilinməsə də, onun həmkarlarından biri Andrey Rinçin öz “Facebook” hesabında Nikolay Abayevin aclıq və özünütəcrid dövründəki xəstəlikləri səbəbilə özünə qəsd edə biləcəyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru