Rəsmi Tehran: Ərazilərimizin təkrar hücuma məruz qalmasına dözməyəcəyik

16-10-2020, 02:18           
Rəsmi Tehran: Ərazilərimizin təkrar hücuma məruz qalmasına dözməyəcəyik
İran hökuməti Dağlıq Qarabağdakı münaqişə tərəflərinin ərazilərinə təkrar hücumlarına dözməyəcək.

Teref.az xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə söyləyib.

“İran bu cür hücumların təkrarlanmasına laqeyd qalmayacaq”, – İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfində verilən açıqlamada qeyd olunur.

Diplomat əlavə edib ki, sərhəd bölgələrində yaşayan İran vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi ölkənin silahlı qüvvələri üçün prioritet təşkil edir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin atdığı iki raket İran ərazisinə düşüb.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru