Tramp Baydeni lağa qoydu: Qolunu qaldıra bilmir

16-10-2020, 07:38           
Tramp Baydeni lağa qoydu:
ABŞ Prezidenti Donald Tramp seçki təşviqatı kampaniyası zamanı rəqibi, Demokratlar Partiyasından prezidentliyə namizəd Co Baydeni növbəti dəfə ələ salıb.

Axar.az xəbər verir ki, Tramp 77 yaşlı Baydenin qolunu belə, qaldıra bilmədiyini deyib.

Prezidentin çıxışı zamanı Baydeni təqlid etməsi də diqqətdən yayınmayıb.

Ağ Ev rəhbərinin Bayden haqqında çıxışı amerikalılar tərəfindən birmənalı qarşılanmayıb.

Hətta Trampın tərəfdarları belə, onun bu sözlərini olduqca qeyri-etik hesab ediblər.

Qeyd edək ki, 2016-cı ildə seçkiöncəsi təşviqat zamanı da Trampın fiziki məhdudiyyətli şəxsi lağa qoyması insanların kəskin narazılığına səbəb olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru