Fransada böhran: Hökumət üzvlərinin evində axtarış...

16-10-2020, 04:39           
Fransada böhran: Hökumət üzvlərinin evində axtarış...
Fransada iyul ayında COVİD-19 pnademiyasının idarə edilməsi ilə bağlı hökumət üzvlərinə qarşı təxminən 90 şikayət verilib və bunlardan yalnız 9-u qəbul edilib. Bu gün həmin şikayətlərlə bağlı təhqiqat çərçivəsində hökumətin bugünkü və keçmiş üzvlərindən bəzilərinin evində və iş kabinetində yoxlama aparılıb.

Axar.az xəbər verir ki, Fransada COVİD-19 epidemiyasının yaratdığı sanitar böhranının idarə edilməsində səhvlərə yol verilməsində şübhələrlə bağlı iyul ayından Ədliyyə Məhkəməsində istintaq açılıb.

Bu gün həmin məhkəmənin apardığı təhqiqatlara uyğun olaraq, Fransanın Səhiyyə naziri Olivye Veran, Səhiyyə üzrə Baş İdarənin direktoru Jerom Salomon, eləcə də sabiq Baş nazir Eduard Filip, sabiq səhiyyə naziri Anyes Büzenin evində və iş kabinetində axtarışlar aparılıb.

Axtarışların siyasi və səhiyyə hakim dairələr tərəfindən COVİD-19 epidemiyasının idarə edilməsi çərçivəsində aparıldığı bildirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.