Paşinyan Fransa və ABŞ-ı Rusiyanın Qarabağla bağlı səylərini dəstəkləməyə çağırdı

16-10-2020, 10:00           
Paşinyan Fransa və ABŞ-ı Rusiyanın Qarabağla bağlı səylərini dəstəkləməyə çağırdı
Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa və ABŞ-ı Rusiyanın Dağlıq Qarabağdakı münaqişənin həlli istiqamətindəki səylərini dəstəkləməyə çağırıb.

Banker.az bu barədə “Ria Novosti”yə istinadən xəbər verir.

“Düşünürəm ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ bölgəsində sülhün bərpa edilməsi də daxil olmaqla, bir çox məsələlərdə əhəmiyyətli rol oynayır. Vurğulamaq istəyirəm ki, Rusiya bölgəmizə ən yaxın həmsədr olduğu halda, digər iki həmsədr – Fransa və ABŞ – Rusiyanın bölgəni sabitləşdirmək üçün göstərdiyi səyləri dəstəkləməlidir ”, – deyə Ermənistanın baş naziri İsveçrənin RTS telekanalına verdiyi müsahibəsində bildirib.

O, bölgədəki vəziyyətin daha da pisləşəcəyi təqdirdə, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan qarşısında öhdəliklərini yerinə yetirəcəklərinə dair “açıq bəyanatlara” da işarə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru