İran, Sərhəd Xidməti tərəfindən Arazın şimalının hədəfə alınmasını təkzib edib

16-10-2020, 10:41           
İran, Sərhəd Xidməti tərəfindən Arazın şimalının hədəfə alınmasını təkzib edib
...O bununla yanaşı qeyd edib ki, İranın Sərhəd Xidmətinin Arazın şimalında bəzi hədəflərə qarşılıq verməsi iddiaları da şayiədir

İran Qabarağ döyüşləri fonunda Arazın şimalından ölkə ərazisinə yenidən raket və mərmilərin düşməsinə etiraz edib və ölkənin Sərhəd Xidməti tərəfindən Arazın şimalının hədəfə alınmasını təkzib edib.

Teref.az SalamNews-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.



Ötən gün Qarabağ döyüşləri fonunda Arazın şimalından İran ərazisinə 10 ədəd raketin düşdüyünü bildirən İran rəsmisi proseslərin artıq “narahatedici və qəbuledilməz” olduğunu deyib.



O bununla yanaşı qeyd edib ki, İranın Sərhəd Xidmətinin Arazın şimalında bəzi hədəflərə qarşılıq verməsi iddiaları da şayiədir.



İran KİV-lərinin verdiyi məlumata görə cari Qarabağ döyüşləri fonunda Arazın cənubuna 60-dan çox raket və mərmi düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru